Aktyor “Oskar” mərasimində göz yaşlarına boğuldu

Aktyor “Oskar” mərasimində göz yaşlarına boğuldu

69 yaşlı aktyor Con Travolta 95-ci “Oskar” mərasimi zamanı səhnədə göz yaşlarına boğuldu.

Kulis.az xəbər verir ki, aktyor mərhum “Greyz” serialındakı həmkarı Oliviya Nyuton-Conun xatirəsini yad edərkən duyğulanıb.

“O, ürəyimizə toxundu, bizi gülümsətdi. Biz həmişə ona sadiq qalacağıq” -, deyə Travolta qeyd edib.

Həmkarının oxuduğu mahnı oxunmağa başlayanda onun səsi titrəyib.

Qeyd edək ki, ötən il dünyasını dəyişən Oliviya Nyuton-Con 12 martda “Oskar” mərasimində xatirəsi yad edilən ulduzlar siyahısına daxil edilib.

Share: