Martın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub.
“Qafqazinfo” xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Prezident İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.