“Fransada müsəlmanlara separatçı kimi baxırlar”

“Fransada müsəlmanlara separatçı kimi baxırlar”

“Müsəlmanlar üçün Fransada yaşamaq asan deyil və bir çox müsəlman rahat yaşaya bilmək üçün buradan başqa ölkələrə köçdülər”.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bunu tarixçi, “İslamofobiya lüğəti” kitabının müəllifi Kamil Meziti Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O, Fransadan gəldiyini deyib: “Mən 10 il öncə “İslamofobiya lüğəti” kitabını yazanda insanlar deyirdilər ki, sən mübaliğə edirsən. Lakin 10 il sonra görürük ki, Fransada yaşayan müsəlmanlar özlərini fransız kimi hiss etmir. Onlar özlərini digər ölkələrdə daha çox fransalı hiss edirdilər, nəinki Fransada. Ağılasığmaz hal olsa da, hazırda bu ölkədə İslam paranoyası yaşanır. Onlar müsəlmanlara separatçı kimi baxırlar”.

“Siyasətçilər də öz siyasi karyeralarını qurmaq üçün bu vasitədən istifadə edirlər. Lakin unutmaq olmaz ki, müsəlmanların da haqları var. Ölkədə hansısa terror aktı törədiləndə həmin dəqiqə oxlar müsəlmanlara tuşlanmamalıdır. Təəssüf ki, Fransada İslamla bağlı vəziyyət budur. Bu baxımdan hər birimiz islamofobiyaya qarşı mübarizə aparmalıyıq”, – deyə K.Meziti vurğulayıb.


Share: