Kareliyanın əməkdar artisti Georgi Nikolayev Moskva vilayətində döyülüb.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, hücum Ramenskoye şəhərində Nikolaev qatara gedərkən baş verib.
Sənətçini şiddətlə döyüb, bütün vəsaitləri olan pulqabısını da əlindən alıb eynəyini sındırıblar.
Aktyor hadisə ilə bağlı polisə məlumat verib. Sənətçi cinayətkarın tezliklə cəzalandırılacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Nikolayev Kareliyanın əməkdar artisti və Rusiya Teatr Xadimləri İttifaqının üzvüdür. 2019-cu ildən Moskvada Nona Qrişayevanın rejissorluğu ilə Gənc Tamaşaçılar Teatrında işləyir.
Aktyor “Anna Nikolaevna layihəsi”, “İlk yardım”, “Kulaginlər”, “Fitness”, “Nevski” kimi filmlərdə də rol alıb.