Almaniyanın “E.ON” enerji konserni “Şimal axını” qaz kəmərindəki payını tamamilə silib.
Bu barədə Almaniya şirkətindən məlumat verilib.
“Qeyri-müəyyənliyin artması və “Şimal axını-1” boru kəmərlərinin hər ikisinin zədələnməsi fonunda investisiya 31 dekabr 2022-ci il tarixinə sıfıra endirilib”, – deyə “E.ON”un açıqlamasında bildirilib.
Şirkətdən qeyd edilib ki, 2021-ci illə müqayisədə azalma təxminən 1,2 milyard avro təşkil edir. Eyni zamanda qaz layihəsinə qoyulan investisiyaların ümumi həcmi 7,4 milyard avro təşkil edib.
Xatırladaq ki, ötən ilin sentyabrında adıçəkilən qaz kəmərlərində partlayış baş verib. Bu səbəbdən Avropa ölkələrinə yanacağın tədarükü bir neçə dəfə azalıb. Məsələ ilə bağlı istintaq proseslərində yalnız Almaniya, Danimarka və İsveç iştirak edir, Rusiyanın qatılmasına isə icazə verilməyib.
Mənbə: MK.ru