Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
“Qafqazinfo” UEFA-nın saytına istinadən xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Haaland ən yaxşı seçilib. O, səsvermədə Hakan Çalhanoğlu (“İnter”), Kərim Benzema (“Real”) və Viktor Osimheni (“Napoli”) qabaqlayıb.
Qeyd edək ki, E.Haaland ÇL-in 1/8 finalında “Leyptsiq”lə cavab oyununda (7:0) 5 qol vurub.