Sumqayıt Dövlət Dram Teatrında “Dəcəl keçi” tamaşası nümayiş olunacaq

Sumqayıt Dövlət Dram Teatrında “Dəcəl keçi” tamaşası nümayiş olunacaq

Mart ayının 26-da Sumqayıt Dövlət Dram Teatrında “Dəcəl keçi” tamaşası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı və dramaturq Pərvin Nurəliyevanın “Dəcəl keçi” adlı əsəri əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludır.

Tamaşada rolları Səbinə Məmmədzadə, İlqarə Tosova, Zümrüd Quliyeva, Anar Seyfullayev, Yusif Dadaşov, Eyvaz İbrahimov və Vahid Orucoğlu canlandırırlar.

Qeyd edək ki, kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsərinin əsas ideyası keçinin timsalında xudpəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlərin tənqididir.

Share: