Bu məhsulların istehsalı artıb

Bu məhsulların istehsalı artıb

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 34,7 faiz, içki istehsalında 17,9 faiz, qida məhsullarının istehsalında isə 12,7 faiz artım müşahidə olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunur. 

Bildirilir ki, bu sahələrin əsas məhsullarından duz istehsalı 57,0 faiz, meyvə-tərəvəz konservlərinin istehsalı 9,7 faiz artıb. Həmçinin şəkərin istehsalı 4,4 faiz, duru bitki yağlarının istehsalı isə 44,6 faiz azalıb. 

 


Share: