Avstraliya hökuməti Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli İranın fiziki şəxslərinə və qurumlarına qarşı yeni sanksiyalar paketi elan edib.
Bu barədə Avstraliya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, qara siyahıya 13 vətəndaş və Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli bir təşkilat daxildir.
Bildirilir ki, “Paravar Pars” və “Qods Aviation Industries”, eləcə də İran PUA-larını Rusiyaya göndərən “Safiran Airport Services” şirkətlərinin rəhbərləri məhdudlaşdırıcı tədbirlərə məruz qalıblar.
Bundan əlavə, Avstraliya Daxili İşlər Nazirliyi İranda çoxsaylı insan haqları pozuntularında iştirak edən daha 14 vətəndaşa və 14 təşkilata qarşı əlavə sanksiyaların tətbiq ediləcəyini bəyan edib. Qara siyahıya düşən şəxslər arasında məmurlar, təhlükəsizlik qüvvələri, məhkəmə və penitensiar sistemlərin əməkdaşları da var.
Qeyd edək ki, martın 20-də Avropa İttifaqı da İrana qarşı altıncı sanksiyalar paketini açıqlayıb.
Mənbə: TASS