Müğənni The Weeknd (əsl adı – Abel Tesfaye ) Spotify-da aylıq 100 milyondan çox dinləyiciyə çatan ilk sənətçi olaraq Ginnesin Rekordlar Kitabına düşüb.
Kulis.az xəbər verir ki, platformanın statistikasına görə Tesfaye tərəfindən 2020-ci ildə buraxılan “Blinding Lights” Spotify-da ən çox yayımlanan mahnı olub. Mahnını bu vaxta qədər təxminən 3,47 milyard insan dinləyib.
Xatırladaq ki, bundan əvvəl The Weeknd hit sayına görə Maykl Ceksonun rekordunu təkrarlamışdı.