Alkoqol aludəçisi olan aktyor vəfat etdi

Alkoqol aludəçisi olan aktyor vəfat etdi

Rusiyalı aktyor Mixail Çiqarev 77 yaşında vəfat edib.

Kulis.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Onun uzun sürən xəstəlikdən öldüyü bildirilib.

Məlumata görə, aktyor uzun müddətdir alkoqol aludəçisi olub. Bu, onun sevimli qızı Natalyanın ölümündən sonra baş verib. Sənətçi son illərdə alkoqol təsirindən tanınmaz hala düşüb və Moskva yaxınlığındakı uçmuş bir evdə yaşamağa başlayıb.

Qohumları ona kömək etməyə çalışdıqdan sonra aktyor 2008-ci ildə “Ranetki” serialında və bir neçə filmdə rol oynayıb. Amma aktyor bu pis vərdişindən qurtula bilməyib.

Qeyd edək ki, Çiqarev “Vətən uğrunda vuruşdular”, “Məhəbbət qulu”, “Xüsusi diqqət zonasında”, “Sərbəst Dedovun yayı” kimi filmlərdə rol alıb.

Я умереть хочу", - страшное признание актера фильма «Раба любви» Михаила  Чигарева – POPCAKE

Share: