Rövşən Novruzoğlu,
politoloq, Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert, professor
(xüsusi olaraq Müstəqil.az üçün)
Məlumata görə artıq Rusiya tərəfin təklifilə yaranmış “Amerika planlarına qarşı kollektiv kəşfiyyatı” blokunun təhlükəsizliyi Xankəndi hərbi Əks-Kəşfiyyat Departamentinə həvalə edilib.
Vaxtilə Dağlıq Qarabağ ərazisindəki radiasiya durumu haqqında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Texniki Əməkdaşlıq Departamentinin Avropa şöbəsinin rəhbəri olmaqla Məsud Səhmayi BMT-yə ünvanlanmış məktubunda qeyd olunub. Amma oxuyan olmayıb və agentliyin radiasiya və radiaktiv tullantıların təhlükəsizliyi departamentinin əməkdaşı Bilbao-Alfonso öz hesabatlarında məlumat verirdilər ki, regionda radiasiya durumu normal deyil. Radiasiya araşdırmaları ilə məşğul olan Aleksey Koltsov isə (RF) qeyd edirdi ki, Qarabağ, Dnesterətrafı, Albxaziya, Çeçenistan… ərazilərində radiasiya həddini aşıb. Professor yazır: “…Təkcə Qarabağ ərazisində 29 radiasiyamənbəyi var. Buna səbəb olan amillərdən biri Metsamor atom elektrik stansiyasının (Ermənistan) radiaktiv tullantılarının bu əraziyə daşınmasıdır…” (Bax: A.Koltsov: “Beynəlxalq Agentliyə hesabat” RF MEA).
Əldə etdiyimiz başqa bir məlumatda isə Dağlıq Qarabağda nüvə tullantılarının basdırılması nəicəsinə 80 min hektar kənd təsərrüfatına yararlı torpaq, 150 min hektar meşə ərazisi, 22 min hektar həyətyanı sahə, 2 qoruq… məhv edilib. Məlumata görə Xahkəndində şərti olaraq, “Hərbi dairə” adlandırılan alimlər qrupu ermənilər tərəfindən işğal olunmuş Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının coğrafi xəritəsini Fransadakı “VIK Nuclears Lnc” şirkətinin nümayəndələrinə təqdim edib. Şirkətin Paris ofisinin rəhbərliyi Avropanın beş ölkəsində yığılıb qalan (Əfqanıstan, Fransa, Belçika, Rumıniya, Avstriya) radiaktiv tullantıların Qarabağ ərazisində basdırılması üçün “Sefy-12” adlı məxfi planı həyata keçirib. Bu barədə Ermənistan hərbi sənaye komplekslərinə bilavasitə başçılıq edən “Rusiyadakı ermənilərin ittifaqı” təşkilatının başçısı, Ara Akbramyana Moskvadakı “Soqlasie” şirkət əməkdaşlarının yığıncağında “Nezavismaya qazeta”nın müxbiri sual verib. Cavab isə yarımçıq qalıb. Məsələni şərh edən xaricdəki erməni diasporun nümayəndələri, o cümlədən Livandakı ermənilərin katolikosu Beyrutdakı özəl Mərkəzi (İnformasiya) Agentliyinə (“Al-Wikala al-Markaziya”) verdiyi açıqlamada isə bildirir: “Qarabağda atılan bütün addımlar və görülən işlər erməni xalqının və erməni millətinin xeyrinə olmalı, genefonda və artıma təsir etməməlidir…” Nəticədə şirkət 28,5 milyon dollar məbləği Xankəndinin büdcəsinə keçirib. Qondarma “DQP-in “MN-nin əməkdaşlarından olan polkovnik Artur Abramoviç Abramyan və mayor Vartan Aşotoviç Arustamyan A.Qukasyanı şəxsi göstərişilə vaxtilə 2001-ci il iyulun 2-də Berndə də olublar (Bu adamlar 1999-cu il avqustun 10-da Berndə olublar). Onlar Trak və Keykos adalarında qeydiyyatdan keçmiç “CYN Energy LV” və Baham adalarında mərkəzi ofisi olan “Union Atomic Gar bage Plc” şirkətlərinin inşaat qrupu ilə danışıqlar apararaq Qarabağda xüsusi “betpnlaşdırılmış şaxtalar”ın tikintisilə bağlı razılıq almışlar.
Bakı: – Diplomatik korpuslar İran raketlərinin hədəfində
Araşdırmalarımıza görə Ermənistan Çinin nüvə proqramlarına ciddi maraq göstərir. Çinin özəl şirkətlərinin nümayəndə heyətinin 2001-ci ilin ortalarında və 2002-ci ilin aprelində Ermənistanda olmaları da maraqlı bir məsələdir.
Çin üç mobil raıket sistemini artıq modernləşdirib: “DF-31”, “DF-31 ICBM” və “JI-2”. Pekin Rusiyanın istehsal etdiyi “Don” raket sistemini də alıb. Bütün bu mövcud raket sistemi isə ABŞ, Yaponiya və Tayvan istiqamətində qurulub. Araşdırmalarımıza görə Çin Xalq Respublikasının ərazisində fəaliyyət göstərən “Vətən qığılcımları” separatçı təşkilatının erməbiləin Vanadzordakı (Ermənistan sonası) “David” şirkətində bağlaşması da var. Məlumata görə bu separatçı təşkilatın üzvləri Çinin nüvə mərkəzilə “David” şirkəti arasında vasitəçi olublar. İran isə “Yer-Yer” raketlərinin yeni son sınaqları haqqında fikirləşir. (Əldə etdiyimiz digər məlumatlarda isə göstərilir ki, Tehran Pekinin son raket texnologiyasındakı nailiəyyətlərlə ciddi maraqlanır). Təbrizin şərq hissəsində isə Azərbaycanla sərhəd zolaqlarında İran tərəfin raket sistemlərinin yerləşdirilməsi haqqında da araşdırdığımız materiallarda rast gəlirik. Məsələn, “Fəcr” on günlüklərində Germidə, Parsabadda, Nəmin və Astara ərazilərində (təhlükəsiz sonalarda) hərbiçilərin yeni tikinti layihələri əsasında raket və digər hərbi avadanlıqların quraşdırılması nümayiş etdirilib və bu hərbi tikintilərin inşaasında hərbçi paltarları geyinmiş erməni əsgərlərini də unutmaq olmaz. Məsələn, İran bu zonalarda “SKAD”-C/SS-ID paketlərini yerləşdirərsə, onda təhlil edin:
“SKAD”-C/SS-ID;
– Maksimal məsafə 550 km;
– CEP: 0.8-1 km;
– paketin diametri: 0.88 m;
– uzunluğu 11.25 m;
– mərminin ağırlığı: 5.900 kq;
– yanacaq: UDMH;
– turşulaşdırıcı: IRFNA;
– döyüş başlığı: 600 kq;
– partlayıcı maddənin ağırlığı: 770 kq.
“SKAD”-B/SS-IC
– maksimal məsafə 300 km;
– SEP: 0.8-1 km;
– paketin diametri: 0.88 m;
– uzunluğu 11.25 m;
– mərminin ağırlığı: 5.900 kq;
– yanacaq: UDMH;
– turşulaşdırıcı: IRFNA;
– döyüş başlığı: 985 kq;
– partlayıcı maddənin ağırlığı: 770 kq. Və yaxud
“Şahab-3” paketlərini götürün.
– Cənubi Koreyanın “HODONI” paketlərinə əsaslanan quru yanacaqlı “JJP”
= Məsafə 1300 km;
– uzunluğu 15.2 m;
– diametri: 1.2 m;
– ağırlığı: 12.000 kq;
– döyüş başlığı: 770 kq;
– SEP: 3-5 km;
Şübhəsiz, bu paketlərin də hədəf nöqtələri Amerikanın və İsrailin Bakıdakı diplomatik korpusları və neft şirkətləri ola bilər.
Ermənistanın kəşfiyyat planlarında Azərbaycan bütün prizmalardan hədəf və ya poliqon ola bilər. Buna görə də Bakı-Ermənistan-Tehran münasibətlərində üstünlüyü ələ almalıdır. Bunun üçünsə güclü dövlət strategiyası, kəşfiyyat və hərbi konsepsiyaların işlənməsi vacibdir. Bu, həm də Yerevanın və yaxud Moskvanın Tehranın bu istiqamətdəki siyasətlərinin məğlubiyyəti ola bilər. Bakı neft şəhəridir. Neft isə tarix boyu həm kədərdir, həm də sevinc. Həm sülhdür, həm də müharibə.