Vamiq Naməndzadə: “Cinsi istismara məruz qalanlar qadınlardır”

Vamiq Naməndzadə: “Cinsi istismara məruz qalanlar qadınlardır”

“Azərbaycanda məcburi əməyə cəlb edilənlərin əksəriyyəti xarici ölkələrin vətəndaşları olublar”.

Oxu.Az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vamiq Naməndzadə deyib. 

Onun sözlərinə görə, məcburi əməyə cəlb edilənlər arasında qadınlar olsa da, kişilər üstünlük təşkil edir:

“İnsan alverində məcburi əməyə cəlb edilənlərin əsasını xarici ölkələrdə işləmək adı ilə aparılan kişilər təşkil edir”. 

“Cinsi istismara məruz qalanlar qadınlardır. Kişilərin cinsi istismara məruz qalması faktı yoxdur”, – deyə o qeyd edib.

İlhamə Əbülfət

Share: