Ferstappen: “Avstraliya və Azərbaycan Qran-priləri arasındakı fasilə mənim üçün şansdır”

Ferstappen: “Avstraliya və Azərbaycan Qran-priləri arasındakı fasilə mənim üçün şansdır”

“Avstraliya ilə Azərbaycan Qran-priləri arasında yaranacaq fasilə mənim üçün şansdır”.

“Report”un məlumatına görə, bunu “Red Bull” pilotu Maks Ferstappen “Formula-1”in rəsmi saytına açıqlamasında deyib.

Mövsümün ilk iki Qran-prisində Bəhreyndə finişə birinci, Səudiyyə Ərəbistanında isə ikinci çatan 26 yaşlı niderlandlı sürücü səhhətində ciddi problemlər yaşadığını söyləyib. O, ağ ciyərində ağrılarla yarışdığını bildirib:

“Mənə elə gəlirdi ki, ciyər çatışmazlığı yaşayıram. Yarış vaxtı normal nəfəs almaqda çətinlik çəkirdim. Buna görə də Səudiyyə Ərəbistanında iki dövrədə özümü bərpa etməli oldum və nəticədə start zamanı 15-ci yerdə qərarlaşdım”.

Ferstappen aprelin 2-də baş tutacaq Avstraliya Qran-prisinin ardından fasilə yaranmasına sevindiyini gizlətməyib:

“Bu mərhələdən sonra Azərbaycan Qran-prisinə qədər özümü tam hazırlamağa üç həftə vaxtım olacaq. Bu müddətdə fitnesdə hazırlaşacağam və proqrama qayıtmağa çalışacağam”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 apreldə keçiriləcək. İlk iki mərhələdən sonra Ferstappen 44 xalla pilotların yarışına liderlik edir.

Share: