Türkiyəli məşhur müğənni Gülşənə CHP-dən millət vəkili namizədliyi təklif edilib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, müğəninin vəkili Gülşənin hazırda siyasət haqqında düşünmədiyini vurğulayıb.
“Gülşən seçkilərə qədər Türkiyəyə gəlməyəcək və ölkəyə dönüb-dönməyəcəyinə seçkinin nəticələrinə görə qərar verəcək”, – deyə Gülşənin vəkili bildirib.
Qeyd edək ki, bir neçə ay öncə həbsdən çıxan Gülşən hazırda İspaniyada yaşayır.