Türkiyə Super Liqasının 27-ci turunda səfərdə “Fənərbaxça” ilə qarşılaşacaq “Beşiktaş” İstanbul derbisində dəstəksiz qalacaq.
“Qafqazinfo” xəbər verir ki, İstanbul Valiliyinin Təhlükəsizlik Şurasının qərarına əsasən, “qara qartallar”ın azarkeşləri stadiona buraxılmayacaq.
Qonaq fanatlar üçün nəzərdə tutulmuş tribunanın biletləri də “Fənərbaxça” azarkeşlərinə satılacaq.
Qeyd edək ki, “Fənərbaxça” – “Beşiktaş” görüşü aprelin 2-də keçiriləcək.