“Saymadığın kinonu niyə təmsil edirsən?”

“Saymadığın kinonu niyə təmsil edirsən?”

Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə bağlı narazılıqlar yenidən gündəmə gəlib.

Kulis.az xəbər verir ki, ittifaqın fəaliyyətini tənqid edən Xalq artisti Şeyx Əbdül Məmmədov bu dəfə ittifaqın üzvü kinorejissor Ayaz Salayevi də tənqid edib.

“Hörmətli Ayaz Salayev rəsmi şəkildə deyir ki, mən Azərbaycan kinosu adlı sənət tanımıram, amma Azərbaycan Kino İttifaqın adından istifadə edib iş görür. Müxtəlif tədbirlərə, proqramlara dəvət alır, kino ittifaqı təmsil edir. Bu necə olur, tədbirlərə gedir, amma Azərbaycan kinosunu tanımır? Ayaz Salayev deyir ki, Şəfiqə xanımın kinoda alternativi yoxdur. Şəfiqə xanıma görə ittifaq bu gündədir. Niyə alternativi yoxdur? Bu o qədər böyük sənətkarlara qarşı haqsızlıq deyil? Mən başa düşmürəm, sən saymadığın Azərbaycan kinosunu bəs orda – burada niyə təmsil edirsən? Bunun nə məntiqi olur?” , – deyə Xalq artisti bildirib.

lent.az

Share: