Mərhum Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin yer aldığı son layihənin anonsu yayımlanıb.
“Qafqazinfo” xəbər verir ki, o, axırıncı dəfə ARB TV-nin “Aclıq oyunları” proqramında iştirak edib.
O. Əliyev sözügedən layihədə sonuncu dəfə məşhur “mən “hə” deyirəm” ifadəsini işlədib.
Xatırladaq ki, O. Əliyev martın 22-si avtomobil qəzasında həyatını itirib. Saray yolunda qeydə alınan sözügedən qəzada xəsarət alan Əməkdar artist Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, Xalq artisti Mehriban Zəki isə xəstəxanada müalicəsini davam etdirir.