Bir neçə gün əvvəl mətbuatda Britni Spirs və Sem Əsgərinin boşanma ərəfəsində olması barədə xəbərlər yayıldı. Məsələ burasındadır ki, toydan 9 ay sonra yeni evlənənlər nikah üzüklərini çıxarıblar. Bundan əlavə, son vaxtlar müğənni sosial şəbəkələrdə əri ilə fotolarını yayımlamır, ancaq agenti və dostu Keyt Hadsonla tətil şəkillərini paylaşıb.
Sem Əsgəri boşanma şayiələrinə qeyri-adi üsulla cavab verib. O, nişan üzüyünü açıq-aydın göstərən bir neçə foto yayımlayıb.
Yeri gəlmişkən onun meneceri Brandon Koen ulduzların evliliyində problem olduğunu inkar edib.
“Semin ailə problemi yoxdur. Sadəcə filmdə çəkildiyi üçün üzüyü çıxardıb”, – deyə şərh verib.
Spirsin özü gəzən söz-söhbətə hələ cavab verməyib.
Qeyd edək ki, Britni Spirs və Sem Əsgəri 2022-ci ilin iyun ayında evləniblər.
Mənbə: Gazeta.ru