İsrailin Baş naziri Benyamin Netanyahu hərbi polisin bütün ehtiyat olan şəxsi heyətinin səfərbər edilməsi barədə göstəriş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, göstərişin verilməsinə səbəb cümə günü Təl-Əvivdə törədilən terror aktı olub.
Həmçinin, əlavə olaraq ordu qüvvələrinin səfərbər edilməsi barədə də göstəriş verilib.
Baş nazir vətəndaşları təhlükəsizlik göstərişlərinə əməl etməyə çağırıb.
Qeyd edək ki, Təl-Əvivdə naməlum şəxs bir neçə piyadanı vurub, bundan sonra polis əməkdaşı onu zərərsizləşdirib.