Dünyanın ən gənc milyarderi (25) Kayli Cenner məşhur brendlərdən birinin çanta kolleksiyası üçün kamera qarşısına çıxıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kaylinin pozları sosial media izləyiciləri tərəfindən bəyənilib.
Qeyd edək ki, “Forbes” 2 uşaq anası olan 25 yaşlı Kayli Cennerin sərvətinin 2018-ci ildə 1,2 milyard dollar olduğunu bildirib.
O, bu gəlirləri “Kylie cosmetics” markasından əldə edib.