Finlandiyada vətəndaş təşəbbüsləri saytında Baltik dənizindəki Aland adalarında Rusiya Federasiyası konsulluğunun bağlanması çağırışı üzrə imzaların toplanmasına başlanılıb.
Təşəbbüsün müəllifləri hesab edirlər ki, Rusiya diplomatik missiyası Finlandiyanın NATO-ya qəbulu ilə əlaqədar bağlanmalıdır. Onların fikrincə, konsulluğun fəaliyyəti hazırda Şimali Avropa ölkəsinin təhlükəsizliyini məhdudlaşdırır və təhlükə altına alır.
Təşəbbüs aprelin 4-də irəli sürülsə də, bu barədə məlumat Finlandiya mediasında bu gün yayılıb. Bu paylaşımdan sonra imzaların sayı artıb və saat 13:20-yə olan məlumata görə, 6 300 nəfərə çatıb.
Mənbə: MK.ru