Almaniyanın Düsseldorf şəhərində (Şimali Reyn-Vestfaliya) şənbə günü axşam keçirilən türk toyu zamanı 50-dən çox insan dəm qazından zəhərlənib.
Məlumata görə, qonaqlardan bəziləri özlərini piss edib. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası binada dəm qazının konsentrasiyasının artdığını qeydə alıb. Nəticədə 34 nəfər qismən ağır zəhərlənmə əlamətləri ilə xəstəxanaya çatdırılıb, 20-yə yaxın şəxs isə özbaşına tibbi yardıma müraciət edib.
Ümumilikdə, şənlikdə 150-200 nəfər iştirak edib. Hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib. Polis araşdırma aparır.
Mənbə: TASS