Ərdoğanın Türkiyə tarixində imzalanan ən iddialı layihələrindən biri: İlk türkiyəli kosmosa yollanacaq

İlk Türkiyə vətəndaşı 2023-cü ilin noyabrında elmi araşdırmalar üçün Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola düşəcək.

Bu barədə Türkiyə Kosmik Agentliyinin rəhbəri Serdar Hüseyn Yıldırım Kosmonavtika Gününün qeyd olunması ərəfəsində TASS-a müsahibəsində bildirib.

Hüseyn Yıldırım həmçinin bu mühüm addımın Türkiyə vətəndaşları arasında kosmos haqqında anlayışı artıracağına, həmçinin gələcək inkişaflara yol açacağına əminliyini ifadə edib.

2021-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan astronavtların hazırlanması və Aya öz raketinin göndərilməsini əhatə edən milli kosmik proqram elan edib. Ankara bu layihənin həyata keçirilməsinə təxminən altı milyard dollar xərcləmək niyyətindədir. Bu, müasir Türkiyə tarixində ən böyük və iddialı layihələrdən biridir.

Share: