Məşhur fransız xoreoqrafı Pierre Lacotte 92 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Bizim Pierre səhər saat 4-də bizi tərk etdi … Çox kədərlidir, onun hələ çox layihələri var idi və kitab yazırdı”, – deyə rəqqasənin həyat yoldaşı Ghylaine Tesmar qeyd edib.
Nəşrin məlumatına görə, xoreoqraf Fransanın cənubundakı klinikalardan birində yaranın infeksiyası olan sepsis səbəbindən dünyasını dəyişib.
Pierre Lacotte 4 aprel 1932-ci ildə anadan olub.
2000-ci ildə xoreoqraf Böyük Teatrda “Fironun qızı” tamaşasını, 13 ildən sonra isə həmin mədəniyyət müəssisəsinin səhnəsində Marko Spada baletinin yenilənmiş variantını tamaşaya qoyub.