Kamçatkada (Rusiya) “Bezımyannı” vulkanının tədqiqi zamanı alimlər kül “boranına” düşüblər.
Sosial şəbəkələrdə bununla bağlı video yayılıb.
Kadrlardan görünür ki, bişmiş kül parçalarından qorunmaq üçün tədqiqatçılar kirşələrin altına sığınıblar.
Xatırladaq ki, vulkan aprelin 6-da aktivləşib, həmin vaxt 3,8 min metr hündürlüyə kül püskürüb. Sonrakı günlər də püskürmə davam edib, aprelin 8-də sonuncu kül sütunu 10 min metr hündürlüyə çatıb.
“Bezymyannı”ya “qırmızı” aviasiya təhlükə kodu verilib.
Mənbə: RT