Rusiyalı rejissor və ssenaristi Stanislav Mitin 73 yaşında dünyasını dəyişib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, rejissorun ölüm səbəbi hələ açıqlanmayıb.
Stanislav Mitin 1950-ci il avqustun 5-də Daşkənddə anadan olub. O, Rusiyada və xaricdə otuzdan çox dramatik və musiqili tamaşaya quruluş verib. Televiziya rejissoru olaraq şair Yuri Entin ilə birlikdə uşaqlar üçün “Chunga-Canga” proqramını yaradıb. O, Ella Mitina ilə birlikdə ondan çox sənədli filmin müəllifidir. “
“Ehtiras əsiri”, “Arxa qapıdan”, “Moskva Dekameron”, “Şəxsi məkan”, “Büllur fraqmentlər” kimi bədii filmlər çəkib.
Rejissor Avstraliya kinofestivalının Qran-prisi(1997) ,”Kloun Andrey” (1998)sənədli filminə görə Bolqarıstanda keçirilən kinofestivalda “Qızıl at”; “Dostlar və ya düşmənlər” (1999) sənədli filmi üçün “Stalker” mükafatlarını qazanıb.