Birləşmiş Ərəb Əmirliyində yaşayan Səid Rəşid Əl Meiri 4 yaşında kitab yazaraq adını Ginnesin Rekordlar Kitabına yazdırıb.
Kulis.az xəbər verir ki, dünyanın ən gənc yazıçısının kitabının mövzusu yaxşılıq və nəzakət olub. Kitabda fil və ayının dostluğundan bəhs edilib.
Əl Meiri yazıçı olmağa qərar verərkən bacısından ilhamlandığını deyib. Səidin baxıcısı İdhabı Əl Meirie “Dünyanın ən gənc ikidilli kitabının müəllifi” ünvanının sahibidir.
Qeyd edək ki, Əl Meirinin “The Elephant Saeed and the Bear” min ədəd satılıb.