Goranboyda cüdo yığmasının açılışı oldu — Fotolar

Goranboyda cüdo yığmasının açılışı oldu — Fotolar

Goranboyda cüdo yığmasının açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri, Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev və Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayon Olimpiya İdman Kompleksində idmanın müxtəlif növlərinin, o cümlədən cüdo idmanının inkişafının təmin edilməsi məqsədi ilə yaradılmış əlverişli şəraitlə yerində tanış olublar, idmançıların məşqlərini izləyiblər.

Görüşdə çıxış edən Rəşad Nəbiyev yeniyetmə cüdoçulara özlərini tək idmançı kimi deyil, həm də layiqli vətəndaş kimi yetişdirmələri üçün tövsiyələrini verib, təhsillərinə xüsusi diqqət yetirmələrinin vacibliyini qeyd edib, qarşıdan gələn nüfuzlu yarışlarda onlara uğurlar arzulayıb.

Daha sonra icra başçısı və millət vəkili möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın maddi-texniki bazasının dünya standartları səviyyəsinə qaldırıldığını və nəticədə bu sahədə çox böyük uğurların əldə olunduğunu diqqətə çatdırıblar.

İdmançılar və məşqçi müəllimlər də idmanın inkişafına və idmançılara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.



Share: