Səudiyyə Ərəbistanında qəribə buludlar peyda oldu, sonra dolu yağdı

Səudiyyə Ərəbistanında qəribə buludlar peyda oldu, sonra dolu yağdı

Səudiyyə Ərəbistanında son vaxtlar baş verən təbii fəlakətlər hər kəsi təəccübləndirir.

Ərəbistanın Əl-Cauf bölgəsində göy üzündə qəribə buludlar əmələ gəlib. Qum fırtınasına bənzəyən buludların yaranmasından sonra bölgədə dolu yağıb.

Bu barədə Səudiyyə Ərəbistanı Mülki Müdafiə Baş İdarəsindən açıqlama verilib.

Açıqlamaya görə, vətəndaşlara leysan yağışlarla bağlı diqqətli olmaları barədə xəbərdarlıq edilib. Bu qəribə buludlar fırtınaların, leysanların və dolunun xəbərçisi kimi tanınır.

Mənbə: Haber Global

Share: