Yaponiyada yazıçı Haruki Murakaminin “Şəhər və onun etibarsız divarları” adlı yeni romanı satışa çıxarılıb.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu, yazıçının son altı ildə yazdığı ilk əsəridir.
Romanın həcmi təxminən 1200 səhifədir. Eyni zamanda kitabın elektron versiyası da satışa çıxarılıb.
Qeyd edək ki, Murakaminin son romanı “Komandirin öldürülməsi” 2017-ci ilin fevralında nəşr olunmuşdu.
Ümumilikdə Haruki Murakaminin əsərləri 50 dilə tərcümə olunub. Yazıçı həm Yaponiyada, həm də xaricdə məşhurdur.Yazıçının bəzi əsərləri əsasında filmlər də lentə alınıb.