Bəzi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb

Bəzi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 13-ü saat 15:00-a olan məlumata əsasən, Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şahdağ, Biləsuvarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən-Şəki zonasında yağıntılar intensiv olub.

Yağan intensiv yağışlarla əlaqədar saat 13:30-da Balakənçaydan, saat 14:30-da isə Talaçaydan sel keçib.

Şimal-qərb küləyi arabir Naftalanda 26 m/s, Mingəçevir, Yardımlı, Zərdab, Gəncədə 24 m/s, Bərdə 22 m/s, Şəki, Zaqatala, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəydə 20 m/s, Çeyrançöl, Beyləqan, Yevlax, Tovuz, Şirvan, Qobustanda 18 m/s, Sabirabadda 17 m/s, Lerikdə 16 m/s-dək güclənib.

Aprelin 13-ü saat 12:14-13:03 radələrində Əlibəy (Zaqatala) ərazisində leysan yağış ilə bərabər diametri 5 mm, saat 14:10-14:20 radələrində Yevlaxda diametri 3 mm, saat 11:55-də Zaqatala şəhərinin şimal hissəsinə, saat 13:15 radələrində isə Qax rayonu Güllük kəndi ərazisinə, saat 13:28-də Şəki rayonuna xırda dolu düşüb.

15:58

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 13-də saat 15:00-a olan məlumatına əsasən, Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şahdağ, Biləsuvarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən-Şəki zonasında yağıntılar intensiv olub.

Xidmətdən verilən xəbərə görə, yağan intensiv yağışlarla əlaqədar saat 13:30-da Balakənçaydan sel keçib.

Şimal-qərb küləyi arabir Naftalanda 26 m/s, Mingəçevir, Yardımlı, Zərdab, Gəncədə 24 m/s, Bərdə 22 m/s, Şəki, Zaqatala, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəydə 20 m/s, Çeyrançöl, Beyləqan, Yevlax, Tovuz, Şirvan, Qobustanda 18 m/s, Sabirabadda 17 m/s, Lerikdə 16 m/s-dək güclənib.

Aprelin 13-də saat 12:14-13:03 aralığında Əlibəy (Zaqatala) ərazisində leysanla bərabər diametri 5 mm, saat 14:10-14:20 aralığında Yevlaxda diametri 3 mm, saat 11:55-də Zaqatala şəhərinin şimal hissəsinə, saat 13:15 radələrində isə Qax rayonu Güllük kəndi ərazisinə, saat 13:28-də Şəki rayonuna xırda dolu düşüb.

Share: