UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, əvvəlcə Niderlandda “Feyenoord” və “Roma” münasibətlərinə aydınlıq gətiriblər. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
“Mançester Yunayted” öz meydanında “Sevilya” üzərində iki topluq üstünlüyü qoruya bilməyib. Marsel Zabitserin dubl etdiyi qarşılaşmada digər “Mançester Yunayted”lilər Tayrel Malasiya və Hari Maquayr avtoqolla yadda qalıblar.
“Yuventus” “Sportinq”i məğlub yola salıb. “Bayer”lə “Union” isə qollu heç-heçəyə razılaşıblar.
UEFA Avropa Liqası
1/4 final, ilk oyunlar
“Feyenoord” (Niderland) – “Roma” (İtaliya) – 1:0
Qol: Vieffer, 53
“Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya) – 2:2
Qollar: Zabitser, 14, 22 – Malasiya, 85, Maquayr, 90+3
“Yuventus” (İtaliya) – “Sportinq” (Portuqaliya) – 1:0
Qol: Qatti, 73
“Bayer” (Almaniya) – “Union” (Belçika) – 1:1
Qollar: Virts, 83 – Bonifeys, 51