İctimaiyyət qarşısında çıxışı zamanı yol verdiyi səhvlərə görə müzakirə olunan ABŞ Prezidenti Co Bayden yenidən gündəmə gəlib.
“Qafqazinfo”nun məlumatına görə, ABŞ lideri bu dəfə İrlandiyada çıxışı zamanı dediyi sözlərə görə müzakirə mövzusuna çevrilib.
Belə ki, Bayden nitqinin sonunda tədbir iştirakçılarını “dünyanı yalamağa” çağırıb.
“Sağ olun, Tanrı sizi qorusun. Gəlin… Gəlin dünyanı yalayaq. Gəlin bunu edək!” – deyə o, nitqini bitirib.
ABŞ liderinin bununla nə demək istədiyi isə aydın olmayaraq qalıb. Bunun ardınca sosial şəbəkələrdə Baydenin bu çağırışının məsxərəyə qoyulduğu paylaşımlar edilib.
Xatırladaq ki, 80 yaşlı Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən namizədliyini irəli sürmək niyyətindədir.