Çin yerüstü orta mənzilli ballistik raketin (ABM) sınağını həyata keçirib.
“Qafqazinfo” xəbər verir ki, “Global Times”ın hesabatına görə, bu, Çinin 2010-cu ildən bəri 7-ci ABM sınağı olub.
Çin Milli Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada ABM sınağının uğurlu olduğu və gözləntiləri doğrultduğu bildirilib.
Açıqlamada sınağın müdafiə məqsədi daşıdığı və heç bir ölkəni hədəf almadığı vurğulanıb.
Qeyd edək ki, Çin daha əvvəl 2010, 2013, 2014, 2018, 2021 və 2022-ci illərdə 6 ABM sınağı keçirib.