Türkiyənin məşhur rok müğənnisi Şəbnəm Ferah yenidən səhnəyə qayıdır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında paylaşım edib.
O bildirib ki, 3 ildən sonra yenidən izləyicilərinin qarşısına çıxacaq:
“3 ildən çoxdur ki, sizinlə mahnı ifa etmirəm. Hər şeyə inanardım, amma bu qədər uzun müddət ifa etmədən qala biləcəyimə inanmazdım”.