İrəvandakı çempionatdan imtina edən idmançımız: “Orada bizə qarşı münasibət yaxşı deyildi”

İrəvandakı çempionatdan imtina edən idmançımız: “Orada bizə qarşı münasibət yaxşı deyildi”

“İrəvana böyük ümidlərlə getmişdik, bayrağımızı dalğalandırmaq, medal qazanmaq istəyirdik”.

Oxu.Az xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatından imtina edərək Vətənə qayıdan ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Əli Şükürlü (102 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

İdmançı bildirib ki, baş verən hadisə onlarda ruh düşkünlüyü yaradıb: “Avropa çempionatına qatılmamaq məcburiyyətində qaldıq. Bayrağa qarşı hörmətsizlik görmək istəmirdik. Belə hörmətsizlikdən sonra bizdə ruh düşkünlüyü oldu. Bakıda keçirilən Avropa Oyunlarında erməni idmançılar gəlmişdilər. Amma belə münasibətlə qarşılaşmamışdılar. Bizə qarşı oradakı münasibət isə heç yaxşı deyildi”. O, ölkə başçısı İlham Əliyev və birinci Vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib: “Orada çətin vəziyyətdə bizə dəstək oldular, bizi qorudular, Vətənə qayıtmağımızda böyük xidmətləri oldu”.

Faiq Tahirov

Share: