MİT-ə qəbul olunan Fidandan daha bir parlaq qələbə

MİT-ə qəbul olunan Fidandan daha bir parlaq qələbə

13-19 aprel tarixlərində Sloveniyanın Portoroz şəhərində 12-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) təşkil edilib. 57 ölkədən 213 məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub. 

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 qızıl, 1 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar. Belə ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Fidan Qarayeva qızıl, Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin X sinif şagirdi Sevinc Mahmudova bürünc medala, həmin liseyin XI sinif şagirdləri Fidan Cəfərli və Səfurə Ramizqızı isə “Həvəsləndirici mükafat” sertifikatına layiq görülüblər. 

Fidan Qarayeva 42 mümkün baldan hamısını toplayaraq yarışda ən yüksək nəticə göstərən 14 iştirakçıdan biri olub. 

Qeyd edək ki, Fidan Qarayeva dünyanın ən yaxşı universitetlərindən sayılan Massaçusets Texnologiya İnstitutuna (MIT) tam təqaüdlə riyaziyyat fənni üzrə bakalavr səviyyəsinə qəbul olub.

 

Share: