Niderlandlı yazıçı Bakıda

Niderlandlı yazıçı Bakıda

“Mən Azərbaycanı sevirəm. Artıq 3-cü dəfədir ki, bu ölkədə qonaq oluram. Bu sevgimdən dolayı illər öncə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün kitab yazmaq qərarına gəldim”.

Kulis.az xəbər verir ki, bu sözləri niderlandlı yazıçı-publisist Henri Van Rens Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyində qonaq olarkən deyib. O, nümayəndəliyin direktoru Selçuk Karakılıçla söhbət zamanı Xocalı soyqırımı haqqında kitabın müəllifi olduğunu diqqətə çatdırıb. Hazırda yeni kitabını yazdığını bildirib. Bununla bağlı tez-tez Qarabağa səfər etdiyini deyib.

Qeyd edək ki, yazıçı yeni nəşrini 3 dildə çap etdirmək niyyətindədir. Əldə etdiyi gəliri isə Qarabağ müharibəsindən zərər çəkənlərə bağışlayacaq.

Share: