Hindistanlı aktyor Allu Rameş 52 yaşında ürək tutmasından vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“İlk gündən mənə dəstək oldun. Artıq olmadığına inana bilmirəm”, – deyə rejissor Ravi Anand mərhum haqqında sosial şəbəkədə qeyd edib.
Allu Rameş Hindistanın cənub-şərq sahilində yerləşən Visakhapatnam şəhərində anadan olub. Aktyor yaradıcılıq karyerasına teatrda başlasa da, sonradan “Çirucallu” verilişində rəssam kimi efirdə debüt edib. Onun filmoqrafiyasına 50-dən çox film daxildir, onların bir çoxunda Rameş kiçik rollar oynayıb. Bununla belə, hind tamaşaçıları aktyoru təkrarolunmaz aktyorluq bacarığı, yumoru ilə yüksək qiymətləndiriblər.