İsmayıllı rayonunda nəvə ona pul verməyən nənəsini döyüb.
“Qaynarinfo”nun məlumatına görə, 1986-cı il təvəllüdlü İsmayıllı rayon sakini Şafiq yaşadığı evdə nənəsi Zərintacla (şərti) mübahisə edib.
Mübahisəyə səbəb nənəsindən pul istəməsi olub. Nənəsi ona pulunun olmadığını bildirdikdə aralarında mübahisə yaranıb. Bu zaman Şafiq nənəsini vurub.
Nənə izahatında bildirib ki, Şafiq ondan tez-tez pul istəyir. Sonucu dəfə isə vermədiyindən axşam saat 02:00 radələrində yaşadığı evdə olarkən onu döyüb.
O, Şafiqi bağışlamayıb. Nənəsi ilə barışmağa hazır olan nəvə barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Şafiq İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib və 20 gün müddətində inzibati həbs edilib.