Malidə Prezident Aparatının rəhbəri öldürüldü

Malidə Prezident Aparatının rəhbəri öldürüldü

Malinin cənub-qərbində ölkənin müvəqqəti prezidentinin aparat rəhbəri öldürülüb. Bu barədə cümə axşamı Mali dövləti başçısının administrasiyasına istinadən məlumat yayılıb.

Məlumata görə, prezident aparatının rəhbəri Umar Traorenin də daxil olduğu nümayəndə heyəti aprelin 18-də Nara şəhəri yaxınlığında pusquya düşüb. Onunla birlikdə daha 3 nəfər həlak olub.

Qeyd edək ki, Nara Mavritaniya ilə sərhəd yaxınlığında yerləşir. Hələlik hakimiyyət hücuma görə məsuliyyət daşıyanların adını açıqlamayıb.

Mənbə: TASS

Share: