Dünya 2023 və ya 2024-cü illərdə yeni orta temperatur rekordunu qıra bilər.
Buna səbəb isə iqlim dəyişikliyi və El-Nino hava fenomeninin gözlənilən qayıdışı ola bilər.
Qeyd edək ki, El-Nino və La-Nina suyun temperaturu və atmosfer təzyiqinin əks ekstremal dəyərləridir və Sakit Okeanın ekvator zonası üçün xarakterikdir.
El Nino fenomeni suyun səthinin temperaturunun kəskin artması (5-9°C) ilə xarakterizə olunur. La Nina isə Sakit Okeanın tropik zonasının şərqində suyun səthdəki temperaturunun iqlim normasından aşağı düşməsidir.
Bu iqlim modelləri göstərir ki, Sakit Okeanda üç il hakim olan və qlobal temperaturu bir qədər aşağı salan La Ninadan sonra dünya daha isti analoq olan El Ninoya qayıdışını hiss edəcək.
El Nino zamanı ekvator boyunca qərbə doğru əsən küləklərin sürəti azalır və isti su şərqə doğru meyillənir, bu da okean səthində temperaturun yüksəlməsinə səbəb olur.
“El Nino adətən qlobal səviyyədə rekord temperaturlarla əlaqələndirilir. Bunun 2023-cü və ya 2024-cü ildə baş verəcəyi hələki məlum deyil, lakin məncə, bunun baş verəcəyi ehtimalı daha yüksəkdir”, – deyə “AB Copernicus” İqlim Dəyişikliyi Xidmətinin direktoru Karlo Buontempo bildirib.
Mənbə: Reuters