Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin İslam dünyasını Ramazan bayramı münasibəti ilə təbrik edib.
Türkiyə lideri “Twitter” hesabından türkcə və ərəbcə yazdığı paylaşımda İslam dünyasının Ramazan bayramını təbrik edib:
“Millətimin və İslam dünyasının Ramazan bayramını təbrik edirəm. Bizə bir daha bayram nəsib etdiyi üçün rəbbimə şükür edirəm”.
R.T.Ərdoğan zəlzələ və daşqınlarda dünyasını dəyişmiş vətəndaşlara Allahdan rəhmət, yaxınlarına isə səbir diləyib.
Milletimizin ve İslâm âleminin #RamazanBayramı’nı tebrik ediyorum.
Bizleri bir bayrama daha ulaştıran Rabbime hamdediyorum.
Depremlerde ve sellerde vefat eden vatandaşlarımıza bir kez daha Allah’tan rahmet, yakınlarına sabır diliyorum.
Ramazan Bayramımız mübarek olsun. pic.twitter.com/I5AoykzKNx
— Recep Tayyip Erdoğan (@RTErdogan) April 21, 2023
Rusiya Prezidenti Vladimir Putin Federasiyada yaşayan müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib, millətlərarası və dinlərarası dialoqun qorunmasında müsəlman təşkilatlarının töhfəsinin dəyərini vurğulayıb.
Bu barədə Rusiya Müsəlmanları Dini Məclisinin saytında dərc olunan məlumatda deyilir:
“Bütün dünya müsəlmanlarının xüsusi ehtiramla qarşıladıqları müqəddəs Ramazan ayının başa çatdığını bildirən bu bayram yüksək mənəvi dəyər daşıyır, insanların mənəvi cəhətdən təkmilləşməsini, rəhm və mərhəmət arzusunu təcəssüm etdirir. Məmnunluqla qeyd edirəm ki, ölkəmizdə İslam dininin ardıcılları çoxəsrlik tarixi, dini və mədəni ənənələrinə dərin ehtiramla yanaşır, gəncləri buna cəlb edirlər”.