Aprelin 19-da Qazaxıstanın paytaxtı Astana şəhərində VI Astana Beynəlxalq Avrasiya Kitab Sərgisi işə başlayıb. Sərginin 3-cü günü Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüş və yazıçının Qazaxıstanın məşhur “Atamura” Nəşriyyat Poliqrafiya Birliyi tərəfidən nəşr olunan “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanının təqdietmə və imza mərasimi keçirilib.
Bu haqda “Müstəqil.Az”a Azərbaycan Yazıçılar Birlyinin beynəlxalq əlaqələr üzrə katibi, şair Səlim Babullaoğlu məlumat verib. Onun eksklüziv açıqlamasında görüşdə çoxsaylı qazax oxucuların, çağdaş qazax ədəbiyyatının tanınmış nümaəyəndələrinin, həmçinin Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbəy Esdövlət, “Atamura Korporasiyanının” prezdienti Qul-Məhəmməf Rahiəli Abrarulı və ölkəmizin Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Ağalar Atamoğlanovun iştirak etdiyini bildirib:
“ Forum1 /B2 stendində təşkil olunmuşdu görüş və imza mərasimi. Adlarını az əvvəl çəkdiyim şəxslər, o cümlədən mən, yazıçı Günel Anarqızı və başqaları çıxışlar etdilər, Anarın yaradıcılığı barədə, habelə təqdim olunan roman barədə öz maraqlı fikirlərini bölüşdülər.
Çıxışçıların arasında tələbələr də vardı. Şəxsən bu mənə çox xoş gəldi. Anarın şəxsiyyətinə və yaradıcılığına olduqca isti və səmimi bir maraq, sevgi vardı. Hörmətli səfirimiz də çox gözəl nitq söylədi, həm qazax dilində, həm Azərbaycan və rus dillərində…
Xalq yazıçısı Anarın 85 illik yubileyi bağlı, yaradıcılıq və ömür yolu ilə bağlı olduqca dəyərli fikirlər səsləndi. Sonda Qazaxıstanın Mədəniyyət və idman naziri Asxat Oralovun Anara ünvanlanmış məkutubu oxundu… Düşünürəm ki, bu görüş, bu təqdimat həm Anar müəllim üçün, həm xalqlarımızın ədəbi-mədəni həyatı üçün əlamətdar gün və hadisə idi”.
Müstəqil.Az