Azərbaycanlı rejissorun filmi Fransanın paytaxtı Parisdəki Gime muzeyində nümayiş olunub.
Kulis.az xəbər verir ki, bu il keçirilən Vesul festivalının 29-cu buraxılışında mükafata layiq görülən azərbaycanlı rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi Zəfər tağı abidəsinin yaxınlığında yerləşən Milli Şərq İncəsənəti Muzeyi – Gimedə filmi nümayiş olunub.
Filmin nümayişində muzeyin direktoru, jurnalistlər, sənət xadimləri, fransalı kino həvəskarları iştirak ediblər.
Film uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Uzunmüddətli həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.