“Barselona”nın 15 yaşlı futbolçusu Lamine Yamal Kataloniya təmsilçisinin İspaniya La Liqasının XXX turunda “Atletiko” ilə oyunu üçün heyətə daxil edilib.
Klubun rəsmi saytının yaydığı məlumata görə, o, ilk dəfə əsas komandaya cəlb olunub və buna nail olan ən gənc oyunçu kimi tarixə düşüb.
İnsayder Fabrisio Romano yazıb ki, “Barsa” vingerlə peşəkar müqavilə imzalamaq üçün onun meneceri Xorxe Mendeşlə danışıq aparır.
Klubun akademiyasının yetirməsi olan Lamine Yamal “Barselona”nın U-19 komandasının üzvüdür. O, İspaniya U-19 millisinə də cəlb olunur.
Qeyd edək ki, gənc istedad bu mövsüm klubun U-19 komandasında 28 oyuna 8 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.