Almaniya Bundesliqasında XXIX turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, lider “Bavariya” “Maynts”ın qonağı olub.
Münhenlilər bu görüşdə gözlənilməz məğlubiyyətlə üzləşiblər – 1:3.
Hesabı ilk hissədə “Bavariya” açsa da, meydan sahibləri fasilədən sonra üç qol vurmaqla qələbə qazanıblar.
“Bavariya” 59 xalla zirvədədir. Komanda bir oyun artıq keçirdiyi ən yaxın izləyicisi “Borussiya”nı (Dortmund) iki xal üstələyir.
Dortmund klubu bu gün “Ayntraxt”ı məğlub edə bilsə, zirvəni ələ keçirəcək.