Hiperaktiv olduqlarına və ətraflarına sevinc yaydıqlarına görə sevilən, şirin görünüşləri ilə tanınan tutuquşular stres yaşadıqları zaman vəhşi instinktlərinə qayıda bilirlər.
Türkiyədə “YouTube” kanalında quşlarının gündəlik vəziyyətləri ilə bağlı paylaşımlar edən Refik Karadeli adlı şəxs bu barədə acı təcrübəsini yayımlayıb.
O bildirib ki, quşların qəfəsini açdığı zaman gördüyü mənzərədən şoka düşüb.
Qəfəsi açdığı zaman yumurtadan yeni çıxan quşlardan birinin hərəkətsiz qaldığını görüb. Körpə tutuquşunun ayaqları dimdiklənmiş və bir hissəsi yeyilmiş halda olub.
“Hazırda həqiqətən şokdayam, qəfəsdə dəhşətli mənzərə gördüm. Bu quşlar körpə quşun ayaqlarını yeyiblər”, – deyə o bildirib.
Mənbə: Haber Global