Hindistanda Şivdayal Şarma adlı şəxs Alvarda dəmiryol xəttinə yaxın yerdə dayanan zaman başına inək düşüb.
Belə ki, sürətlə hərəkət edən qatar dəmiryolunda dayanan inəyi vurub. Zərbə o qədər güclü olub ki, inəyi 30 metr qabağa atıb. Zərblə gələn heyvan 82 yaşlı kişinin başına düşərək onun ölümünə səbəb olub.
Sözügedən bölgədə qatarın heyvanları vurması ilə bağlı xəbərlərə tez-tez rast gəlinir. Bunun qarşısını almaq üçün dəmiryolu boyu hasar çəkməyi planlaşdırırlar.
Mənbə: Daily Star